Gürcüstan qarışdı: Parlamentin bütün iclasları ləğv olundu

Gürcüstan qarışdı: Parlamentin bütün iclasları ləğv olundu

Gürcüstan parlamentində bu günə planlaşdırılan bütün iclaslar ləğv edilib. 

"Cebhe.info" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb. 

“Gürcüstan parlamentinə etirazçıların hücumu nəticəsində qanunverici orqanın binası və infrastrukturu zədələnib”, - deyə qanunverici orqan açıqlama yayıb. 

Qanunvericiliyin qırmızı təhlükəsizlik səviyyəsi saat 14:00-a qədər qüvvədə qalacaq, sonra sarı səviyyəyə keçəcək. Binada yalnız parlament aparatının rəhbərinin təyin etdiyi şəxslər ola bilər. 

"Cebhe.info"