Şəhərin 54 yaşlı meri öldü

Şəhərin 54 yaşlı meri öldü

Gürcüstanın Tsalenjixa şəhərinin meri Gia Xarçilava 54 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, gürcü mətbuatının bu gün verdiyi məlumata görə, ölümün mümkün səbəbləri arasında qan laxtasının yırtılması var.

Xarçilava Gürcüstanda müxalifətdən olan yeganə mer idi.

O, 2021-ci ildə keçirilən yerli seçkilərdə 51,1% səslə Vahid Milli Hərəkat Partiyasının namizədi kimi qalib gəlmişdi.

"Cebheinfo.az"