Gürcüstanda parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq

Gürcüstanda parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 13 nəfər azərbaycanlı namizəd mübarizə aparacaq.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, onlardan ikisi hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan”, bir nəfəri isə “Dəyişikliklər Uğrunda Koalisiya” partiyalarını təmsil edir.

Digər namizədlər isə “Vahid Milli Hərəkat” (2 nəfər), “Güclü Gürcüstan” (1 nəfər), “Vəhdət və İnkişaf” (4 nəfər) və “Bizim Birləşmiş Gürcüstan” (3 nəfər) partiyaları tərəfindən irəli sürülüb.

"Cebheinfo.az"