Gürcüstanın ombudsmanı Saakaşviliyə baş çəkib

Gürcüstanın ombudsmanı Saakaşviliyə baş çəkib

Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani Vivamed klinikasında müalicə alan məhkum, ölkənin eks-prezidenti Mixail Saakaşviliyə baş çəkib.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ombudsman bunu jurnalistlərə deyib.

“Mən Saakaşvilinin səhhəti barədə danışa bilmərəm, lakin o, mənim əvvəlki ziyarətimdən (2023-cü ilin martında) daha yaxşı görünür, bu, mənim səlahiyyətim və klinikanın səlahiyyəti deyil. Mən onun səhhətinin vəziyyəti ilə bağlı məlumat aldım, lakin bu barədə açıq danışa bilmərəm”, - İoseliani qeyd edib.

Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs edilib. Səhhətində ciddi problemlər yaranan siyasətçi müalicə üçün sonradan Vivamed klinikasına köçürülüb.

"Cebhe.info"