Harris prezidentliyə namizəd ola bilər

Harris prezidentliyə namizəd ola bilər

Yeni sorğuya əsasən, ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd kimi görünür.

“Cebheinfo.az” xəbər verir ki, , “Morning Consult”ın sorğusuna görə, 2024-cü ildə  prezidentliyə xanım namizədi demokrat seçicilərin və 2028-ci il seçkilərində iştirak etmək hüququ olan müstəqil demokratik düşüncəli namizədlərin 36 faizi dəstəkləyir.

Harrisdən sonra 10 faiz dəstəyə malik və ötən həftə 2028-ci ildə Miçiqan qubernatorluğuna namizəd olmayacağını açıqlayan keçmiş nəqliyyat naziri Pit Buttic gəlir. Minnesota ştatının qubernatoru Tim Uolz, Harrisin 2024-cü il seçkilərindəki ortağı, konqresmen Aleksandriya Okasio-Kortez və Kaliforniya ştatının qubernatoru Qevin Nyusom hər biri 5 faiz dəstək qazanıb. 

Harrisin 2024-cü il seçki kampaniyasının səs-küylü tərəfdarı olan milyarder Mark Kuban və Pensilvaniya ştatının  qubernatoru Coş Şapiro hər biri 4 faiz səs toplayıb.

Onları 3 faizlə senator Kori Buker izləyir. Səslərin 1 faizindən çoxunu toplayan  digər şəxslər İllinoys, Kentukki və Miçiqan ştatlarının qubernatorları, həmçinin senator Emi Klobuşardır.

2024-cü il seçkilərindən bir neçə həftə sonra keçirilən rəy sorğusu da Harrisin 2028-ci ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq üçün aparıcı fiqur olduğunu göstərib. “Puck News/Echelon Insights” tərəfindən aparılan  sorğunun nəticələrinə görə, demokrat seçicilərin 41 faizi 2028-ci ildə Harrisin partiyaya rəhbərlik etməsinə səs verəcək. 

Müşfiq Abdulla
“Cebheinfo.az”