Həbsxanada yanğın TÖRƏDİLDİ

Yunanıstanın Volos şəhərindəki bir həbsxanada məhkumlar arasında baş verən qarşıdurmadan sonra çıxan yanğında üç həbsxana işçisi və bir məhkum tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
"Cebheinfo.az" xəbər verir ki, Volosun Hiliadu bölgəsində yerləşən həbsxanada axşam saatlarında məhkumlar arasında başlayan dava qısa müddətdə böyüyüb. Hadisə zamanı bir kamerada çarpayıların yandırılması güclü tüstüyə səbəb olub.
Tüstüdən zəhərlənən çox sayda məhkumun nəfəs almaqda çətinlik çəkdiyi, bəzilərinin kömək istədiyi bildirilib.
Həyati təhlükəsi olmayan dörd nəfər Volos Dövlət Xəstəxanasına yerləşdirilib, yanğına 13 nəfərlik heyət və 4 yanğınsöndürən maşını müdaxilə edib.
Nigar Hacılı
"Cebheinfo.az"