“Heç bir tərəf hərbi yolla qalib ola bilməz”- GENERAL

“Heç bir tərəf hərbi yolla qalib ola bilməz”- GENERAL

“Hazırda Ukraynadakı münaqişə tərəflərindən heç biri öz siyasi məqsədlərinə hərbi yolla nail ola bilməz”.

Cebhe.info “Politico” ya istinadən xəbər verir ki, Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley belə deyib. O əlavə edib ki, bu vəziyyət bir müddət davam edəcək.

Onun fikrincə, Ukrayna üçün rus qoşunlarını tamamilə sıxışdırmaq çox çətin olacaq:

“Bu, çox çətin, qeyri-mümkün olmasa da, son dərəcə çətin olacaq".

Eyni zamanda, general əlavə edib ki, Rusiya rəhbərliyi siyasi məqsədlərinə nail ola bilməyəcək:

“Bununla belə, münaqişənin özü “donmuş” vəziyyətə düşmür”.

Xəzər
Cebhe.info