HƏMAS daha iki qadını sərbəst buraxdı

HƏMAS daha iki qadını sərbəst buraxdı

HƏMAS qruplaşması daha iki girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Girovlar İsrailin “Hatzerim” aviabazasına göndəriləcək. Məlumata görə, HƏMAS yaxın bir neçə saat ərzində daha çox məhbusu Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcək.

"The Times of Israel" nəşri yazıb ki, sərbəst buraxılan iki nəfər 21 yaşlı Mia Şem və 40 yaşlı Amit Susanadır. Mia Şemin atasının sözlərinə görə, qızın Fransa vətəndaşlığı var. Nəşr qeyd edir ki, girovlara aviabazada ilkin tibbi yardım göstəriləcək, bundan sonra onlar İsrailin tibb müəssisələrinə aparılacaq.

Cebhe.info