HƏMAS-ın azad etdiyi şəxslərdən biri Rumıniya vətəndaşıdır

HƏMAS-ın azad etdiyi şəxslərdən biri Rumıniya vətəndaşıdır

Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilən girov qadınlardan biri Rumıniya vətəndaşı, digəri isə rumıniyaəsillidir.

“Report” Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Girovların ilk qrupu üçün on beş aylıq əsirlik nəhayət başa çatdı", - məlumatda qeyd olunub.

Daha əvvəl İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının azad edilmiş üç girov qadını onlara təhvil verdiyini, bundan sonra İsrail ərazisinə gəldiklərini və xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

"Cebheinfo.az"