Hindistan mayda 3,333 milyard dollar dəyərində qızıl idxal edib

Hindistan mayda 3,333 milyard dollar dəyərində qızıl idxal edib

Hindistan 2024-cü ilin may ayında 3,333 milyard ABŞ dolları dəyərində qızıl idxal edib.

Bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Bu, ötən ilin may ayı ilə müqayisədə 10 % az, lakin 2024-cü ilin aprel ayı ilə müqayisədə 7 % çoxdur.

Yalnız ilin ilk 5 ayında Hindistana qızıl idxalı 16,039 milyard ABŞ dolları təşkil edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 % çoxdur.

2023-cü ilin sonunda Hindistan 42,581 milyard ABŞ dolları dəyərində demək olar ki, 744 ton qızıl idxal edib.

"Cebhe.info"