Hindistanda məbədin dam örtüyü uçub, 8 nəfər ölüb, 25 nəfər quyuya düşüb

Hindistanda məbədin dam örtüyü uçub, 8 nəfər ölüb, 25 nəfər quyuya düşüb

Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində hindu məbədinin dam örtüyünün uçması nəticəsində ən azı 8 nəfər ölüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib .

Məlumata görə, məbədin döşəməsi çökdüyündən 25-ə yaxın dindar ayinlərin icrası üçün nəzərdə tutulan quyuya düşüb. İnsanların quyuda qaldıqlarına və məbəddə xilasetmə əməliyyatının davam etdiyinə dair məlumat yayılıb.

Vurğulanıb ki, hadisə yerində xilasedicilər 8 ölü çıxarıb, 10 nəfəri xilas ediblər.

Cebhe.info