Hindistandan Ermənistana daha bir hərbi dəstək
Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.
Bildirilir ki, Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı Yeni Dehliyə müraciət edib.
Məlumatı Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan da təsdiqləyib.
O bildirib ki, Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə danışıqlar aparır.
Vardanyanın sözlərinə görə, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.
"Cebheinfo.az"