“Hizbullah” İsrail ordusuna aid hədəfləri vurdu

“Hizbullah” İsrail ordusuna aid hədəfləri vurdu

“Hizbullah” Livanda daşınabilən rabitələrin partlamasından sonra ilk dəfə olaraq İsrailin şimalına hücum etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Hizbullah”ın verdiyi açıqlamada İsrailin şimalında 4 hərbi hədəfin vurulduğu bildirilib.

Qeyd olunub ki, İsrailin Livanın cənubundakı qəsəbələri bombalamasına cavab olaraq İsrail ordusunun mövqeləri çoxsaylı raket və artilleriya atəşi ilə hədəfə alınıb.

Bu hücumlar iki gün ardıcıl olaraq Livanda daşınabilən rabitələrin partlamasına görə məsuliyyət daşıyan İsrailə qarşı ilk hücumdur.

İsrail ordusu da Livanın cənubundakı “Hizbullah” hədəflərini vurduğunu açıqlayıb. 

Ordunun açıqlamasında, İsrail döyüş təyyarələrinin Livanın cənubundakı “Hizbullah”ın raket sistemlərini, binalarını və infrastrukturunu hədəf aldığı bildirilib.

Açıqlamada Livanın cənubundan Kiryat Şmona qəsəbəsinə 25 raket atıldığı və itkilərin olmadığı qeyd edilib.

İsrailin “Yediot Ahronot” qəzetindəki xəbərdə Livandan atılan raketlər nəticəsində Kiryat Şmona qəsəbəsində bir neçə yerdə yanğının başladığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"