"Hizbullah" İsrailin hərbi qərargahını vurdu
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun Safed şəhərində yerləşən hərbi qərargahına raket zərbəsi endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, “Hizbullah” döyüşçüləri Livanla sərhəddən 35 km məsafədə yerləşən Aşağı Qalileydəki Tiberiya şəhərini və Colan təpələrindəki Huma kəndindəki
İsrail hərbi bazasını raket atəşinə tutublar.
“Hizbullah” bundan əvvəl də Hayfa yaxınlığındakı Zichron Yaakov bölgəsində partlayıcı istehsal edən müəssisəni raketlə vurulduğunu bildirmişdi. Hücumun nəticələri barədə, hələlik informasiya yoxdur.
Həsən Məmmədov
"Cebheinfo.az"