"Hizbullah"ın daha 4 üzvü öldürüldü
"Hizbullah" İsrailin hücumları nəticəsində daha 4 üzvünün öldürüldüyünü açıqlayıb.
Livanda peycerlər partladıqdan sonra "Hizbullah" daha 4 üzvünün öldüyü barədə məlumat verib.
"Cebheinfo.az" xəbər verir ki, "Hizbullah" məsələ ilə bağlı teleqram hesabından açıqlama yayıb.
Açıqlamada Ali Məhəmməd Terhini, Ali Məhəmməd Çələbi, İbrahim Abdulkerim Zeynəddin və Abdulmunim Camal Abdulmunimin İsrailin hücumlarında həlak olduğu qeyd edilib.
Xatırladaq ki, "Hizbullah" dünən verdiyi açıqlamada Livanda peycerlərin partladılmasından sonra 12 üzvünün öldürüldüyünü açıqlamışdı.
Qeyd edək ki, İsrail ordusu ilə Livan "Hizbullah"ı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurma və qarşılıqlı hücumlarda həyatını itirən "Hizbullah" üzvlərinin sayı 457-yə yüksəlib.
Nigar Hacılı
"Cebheinfo.az"