“Hizbullah”ın rəsmisi: “Biz ağlamayacağıq”

“Hizbullah”ın baş katibinin müavini Naim Qasım Yaxın Şərqdəki son vəziyyətlə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Qasım televiziyada yayımlanan çıxışında ABŞ-nin Qəzzada törədilən bütün cinayətlərdə əhəmiyyətli bir tərəfdaş olduğunu deyib:
"Vasitələrimiz möhkəmdir, İsrailin bizim imkanlarımızı vurması iddiası xəyaldır. Son günlər əməliyyatlarımız artıb və İsrailin şimalında yaşayanlar bölgəni tərk etmək məcburiyyətində qalıb”.
Qasım “Hizbullah” və Əməl hərəkatının atəşkəsə nail olmaq üçün parlament sədri Nəbih Berrinin rəhbərlik etdiyi siyasi prosesi dəstəklədiklərini bildirib:
"Görək bu savaşda kim birinci ağlayacaq. Biz ağlamayacağıq. “Hizbullah”ın nəzarəti tam dəqiqliklə təşkil olunub".
Ləman İsmayıl
"Cebheinfo.az"