Husilərə məxsus 8 PUA vurulub

Husilərə məxsus 8 PUA vurulub

Bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında edilən açıqlamada, husilərin Ədən körfəzi üzərindən çıxardığı pilotsuz uçuş aparat sistemlərinə koalisiya qüvvələrinin müdaxilə etdiyi bildirilib.

"Cebhe.info" xəbər verir ki, nəticədə Qırmızı dənizdə 8 PUA və 1 pilotsuz suüstü vasitəsinin (USV) məhv edildiyi vurğulanıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatları sistemləri bölgədəki ABŞ və koalisiya qüvvələri və ticarət gəmiləri üçün ciddi təhlükə yaradır.

Nigar Hacılı 
"Cebhe.info"