II Pyotrun oğurlanan fərmanı hərracda satıldı
Ötən həftə imperator II Pyotrun Rusiyanın Dövlət Hərbi Tarixi Arxivindən yoxa çıxan fərmanı Fransada keçirilən hərracda satılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu məlumatı Fransanın “Aguttes” hərrac evi dərc edib.
Sənəd 9 sentyabr 1727-ci ilə və Sankt-Peterburq komandanlığına yeni adın təyin edilməsinə aiddir.
Bildirilir ki, Rusiya imperatoru II Pyotrun orijinal fərmanı hərracın sonunda 3120 dollara satılıb.
Rusiya Hərbi Tarix Arxivinin direktor müavini Vasilisa Denisova qeyd edib ki, imperator II Pyotrun Hərbi kollegiyaya ünvanladığı “Famentsının Sankt-Peterburq komendantı vəzifəsindən kənarlaşdırılması və onun yerinə knyaz Q.A.Urusovun təyin olunması barədə 9 sentyabr 1727-ci il tarixli fərman” haqqında sənəd saxtası ilə əvəzlənib.
Məhz Fransada hərracda satılan sənədin itməsi Rusiyada böyük əks-səda doğurub.
Hazırda orijinalın oğurlanması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, son iki ildə bəzi nadir rus əsərlərinin Avropada kitabxanalardan yoxa çıxdığı da bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"