İki ölkə arasında qarşıdurma: Sərhəd qapısı bağlandı

İki ölkə arasında qarşıdurma: Sərhəd qapısı bağlandı

İki ölkənin sərhədində Əfqanıstan və Pakistan qüvvələri arasında münaqişə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin müdafiə nazirinin sözçüsü İnayətullah Harezmi, Nangerhar əyalətinin Torxam Sərhəd Qapısı yaxınlığında, Qorkay bölgəsində iki ölkənin sərhəd qüvvələri arasında qarşıdurma olduğunu bildirib.

Hərəzmi qeyd edib ki, Pakistan qüvvələri sərhəd xəttində nəzarət-buraxılış məntəqəsi tikərkən əvvəlcə Əfqanıstan sərhəd qüvvələrinə atəş açıb, əfqan qüvvələri cavab verib.

Əfqanıstan mətbuatının yazdığına görə, münaqişə bölgəsində yaşayanlar evlərini tərk etmək məcburiyyətində qalıb, münaqişə səbəbindən “Torkham” sərhəd qapısı bağlanıb.

Digər tərəfdən, Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani "X" sosial media platformasındakı hesabında Pakistan qüvvələrinin mülki şəxslərə atəş açdığını və 2-si uşaq və 1-i qadın olmaqla 3 Əfqanıstan vətəndaşının həyatını itirdiyini bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"