İlk homoseksual imam qətlə yetirildi

İlk homoseksual imam qətlə yetirildi

Dünyada homoseksual kimliyini açıq şəkildə bəyan edən ilk imamı Muhsin Hendriks Cənubi Afrikanın Qeberha şəhəri yaxınlığında silahlı hücum nəticəsində həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Afrika polisindən verilən açıqlamada Muhsin Hendriksin avtomobildə olarkən şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən pusquya salındığı bildirilib.

İki maskalı hücumçunun avtomobilə dəfələrlə atəş açdığı, Hendriksin isə arxa oturacaqda güllələndiyi bildirilir.

Polis qətlin motivini araşdırdıqlarını, hücumun nifrət cinayəti ola biləcəyindən narahat olduqlarını bildirib.

Beynəlxalq Lesbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası (ILGA World) Hendriksin öldürülməsini pisləyən bəyanat yayaraq, səlahiyyətliləri qətli hərtərəfli araşdırmağa çağırıb.

“ILGA World” Hendriksin həyatı boyu “LGBTİ+” hüquqları və İslam dini uğrunda mübarizə apardığını və bütün dünyada insan haqları müdafiəçiləri üçün mühüm nümunə olduğunu bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"