İmamoğludan İncəyə ÇAĞIRIŞ

İmamoğludan İncəyə ÇAĞIRIŞ

Türkiyədə 14 mayda keçiriləcək seçkidən öncə Məmləkət Partiyasının sədri Mühərrəm İncənin prezidentliyə namizədlikdən çəkilib-çəkilməyəcəyi müzakirə mövzusudur.

Cebhe.info xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri tərəfindən tez-tez İncəyə çağırışlar edilir.

Son olaraq, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da Mühərrəm İncəyə səslənib. O, Ədirnədəki çıxışı zamanı Məmləkət Partiyasının sədrini “Milət İttifaqı”na qatılmağa dəvət edib:

“Fərqli yollarda yürüyürüksə, həqiqətən demokratiya istəyiriksə, "bu iqtidar getməlidir" deyiriksə və Türkiyənin bütün problemlərində həmfikiriksə, ortada tək bir gerçək var- “Millət İttifaqı”. Əgər burada birləşməsəniz, daha sonra hesablamalarınızın yanlış olduğunu öyrənəndə çox gec olacaq. Bu birliyin gücünə hər kəsi dəvət edirik. Bu dəvət rəsmi statusun içinə əlavə edilmədən də ola bilər. Bunun nümunələri də var. Bizim yola çıxmağımızın ən böyük mükafatı birinci turda qazanmaq olacaq. Mənim bu sözlərim siyasət arenasına və siyasətdə yol gedən adamlaradır. Əlbəttə ki, hər kəs özünə aid olanı eşidəcək”.

Elmir Mustafa
Cebhe.info