İmralıda Abdullah Öcalanla kritik görüş: Detallar açıqlandı
Türkiyənin Xalqların Bərabərlik və Demokratiya (DEM) Partiyasının deputatı Ömər Öcalan PKK terror qruplaşmanın rəhbəri, dayısı Abdullah Öcalanla İmralıdakı görüşü barədə danışıb.
“Cebheinfo.az” xəbər verir ki, o, 23 oktyabrda baş tutan görüşün təfərrüatlarını açıqlayıb. Ömər Öcalan Abdullah Öcalanın dərin analizlər və dəyərləndirmələr etdiyini deyib:
“Öcalan kürd-türk münasibətlərini barədə danışdı. Həmçinin, kürd-türk ittifaqlarını dəyərləndirdi. Kürdlərlə türklərin bu mərhələyə necə birlikdə gəldiyini qiymətləndirdi. Müttəfiqlikləri, əlaqələri, zaman-zaman yaranan problemləri də açıq şəkildə qiymətləndirdi. Həll təklifləri də verdi. Bu problemi dialoq yolu ilə həll edə biləcəyimizi də söylədi”.
O, sözlərinə belə davam edib: “Abdullah Öcalan dedi ki, biz bu problemi 2000-ci ildə həll edə bilərdik. O, 1999-cu ildə təyyarədə kürd-türk məsələsinin həllinə xidmət edəcəyini söylədiyini xatırlatdı. Amma o zaman “Apo özünü xilas etmək üçün belə deyir” kimi fikirlər səsləndiyini də bildirdi”.
Ömər Öcalanın sözlərinə görə, Abdullah Öcalan şəxsi tələblər və şərtlər irəli sürməyəcək: “O, prosesin həlli üçün çalışacaq.
Bəziləri üçüncü vasitəçi ölkə məsələsindən danışır. Amma məsələ ciddidir. Qarşıda bizi tarixi proses gözləyir. Biz bu tarixi prosesi müsbət mənada böyük ləyaqətlə sülhə çevirə bilərik. Bundan başqa məsələni kimsə düşünmək istəməz”.
Deputat bildirib ki, PKK terror qruplaşması Abdullah Öcalanın qərarlarını dəstəkləyəcək:
“Öcalan görüşdə Yaxın Şərq, Qəzza, İsraillə bağlı da fikir mübadiləsi apardıq. O, İraq, Suriya və İrandakı kürdlərlə bağlı dəyərləndirmələr edib. Ümumiyyətlə, onun təklifləri çox məqbul idi.
Bundan başqa, PKK da Abdullah Öcalanın verəcəyi bütün qərarların arxasında duracağını açıqlayıb. Öcalan min illik kürd-türk münasibətlərini dərindən təhlil edib. Biz də həll və sülh tərəfdarıyıq. Buna töhfə verəcək hər kəslə birlikdə irəliləyəcəyik”.
Elmir Mustafa
“Cebheinfo.az”