İndoneziyanın ən aktiv vulkanı püskürdü

İndoneziyanın ən aktiv vulkanı püskürdü

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı yenidən fəallaşıb.

Cebhe.info xəbər verir ki, son sutka ərzində vulkan 2 min metr hündürlüyə kül və tüstü püskürüb.

Qeyd edilir ki, yerli hökumət orqanları dağın ətrafında 3 kilometr radiusunda qadağa zonası tətbiq edib. Yaxınlıqda yerləşən Cokyakarta Hava Limanı işini dayandırıb.

Əlavə olaraq bildirək ki, Merapi İndoneziyanın ən fəal vulkanlarından biridir.

Əhməd
Cebhe.info