İnterpolun axtardığı Rusiya vətəndaşı Türkiyədə saxlanıldı

İnterpolun axtardığı Rusiya vətəndaşı Türkiyədə saxlanıldı

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Rusiya vətəndaşı Antalyada gəmidə keçirilən əməliyyat zamanı yaxalanıb.

"Cebhe.info" xəbər verir ki, Antalya Qubernatorluğundan verilən açıqlamaya görə, Sahil Mühafizəsi Antalya Qrup Komandanlığı qrupları Rusiyada rüşvət aldığı üçün qırmızı bülletenlə axtarılan və barəsində təcili həbs qərarı çıxarılan A.P.-nin (58) Türkiyədən xaricə dəniz yolu ilə qaçmağa hazırlaşdığı xəbəri üzərinə hərəkətə keçib.

Komandirliyin Kəşfiyyat Şöbə Müdirliyi və MİT Antalya Region İdarəsinin dəstəyi ilə Antalya sahillərində Ukrayna bayraqlı yelkənli qayığa qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı İnterpol tərəfindən axtarılan Rusiya vətəndaşı A.P, onun oğlu E.P və Azərbaycan vətəndaşı V.D. və Ukrayna əsilli İ.C. saxlanılıblar.

Gənidə aparılan axtarış zamanı 7 min avro, 5 min dollar, 200 Tayland bahtı, Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, Rusiya şəxsiyyət vəsiqəsi, pasport, 4 mobil telefon, noutbuk və planşet götürülüb.

Əməliyyatda A.P. saxlanılıb, oğlu E.P. Türkiyədə yaşamaq icazəsinin müddəti olduğu üçün o, Antalya İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib, digər 2 nəfər isə sərbəst buraxılıb.

Nigar Hacılı
"Cebhe.info"