İran “Əl-Qaidə”yə sığınacaq verir 

İran “Əl-Qaidə”yə sığınacaq verir 

“İran hələ də “Əl-Qaidə”nin liderləri üçün təhlükəsiz sığınacaqdır”. 

“Cebhe.info” xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur.

Dövlət Departamenti bəyan edib ki, İrandakı rejim “Əl-Qaidə”nin liderlərinə ölkədə təhlükəsiz sığınacaq verməyə davam edir.

Bildirilib ki, İran hakimiyyəti 2009-cu ildən bəri sözügedən qruplaşmanın terror fəaliyyətlərinə zəmin yaradıb və “Əl-Qaidə”yə öz silahlarını, o cümlədən yaraqlılarını Cənubi Asiya, Suriya və digər yerlərə köçürmək imkanı verib. 

Qeyd olunub ki, İran İslam İnqılabı Keşikçiləri Qvardiyası Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə şiələrdən ibarət olan silahlı qurplaşmaları himayə edir. 

Yunis Abdullayev 
Cebhe.info