İran Hörmüz boğazında gəmini ələ keçirdi

İran Hörmüz boğazında gəmini ələ keçirdi

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ keçirib.

Bu barədə Modern.az İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, SEPAH hərbi təyyarə ilə keçirdiyi əməliyyatda gəmiyə daxil olub və hazırda gəmi İran sularına doğru hərəkət edir.

Bildirilir ki, Portuqaliya bayrağı altında üzən gəmi israilli investor Eyal Oferə məxsus Zodiac şirkəti tərəfindən idarə olunurmuş.

"Cebhe.info"