İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

İran İsrailə qarşı cavab hücumunda əvvəlki hücumlarla müqayisədə daha güclü döyüş başlıqlarından istifadə edə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, “The Wall Street Journal” belə yazıb.

Adları açıqlanmayan iranlı və ərəb rəsmilərinin sözlərinə görə, rəsmi Tehran əvvəlki hücumlarda olduğu kimi İsrailə cavabını raketlər və dronlarla məhdudlaşdırmağı planlaşdırmır. 

Mənbələr bu vəziyyətdə istifadə edilən hər hansı raketin daha güclü döyüş başlıqlarına malik olacağını bildirir.
 
Nəşr qeyd edir ki, İran İsrailin fəaliyyətinə hərtərəfli cavab verməyi planlaşdırır.

Mənbələr Tehrana hücumda ölkənin adi ordusunun iştirak edəcəyini vurğulayır.  

Lakin bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qoşunlarının cəbhə boyu hücumda təkbaşına hərəkət edəcəyi demək deyil.

Qeyd edək ki, İslam Respublikasının prezidenti Məsud Pezeşkian İranın 26 oktyabr hücumundan sonra İsrailə cavab addımı atmaq qərarına Qəzza zolağı və Livanda atəşkəs razılaşmasının təsir edə biləcəyini deyib.

Bundan əvvəl İran İsrailin zərbəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”