İran MOSSAD-ın obyektlərinə zərbə endirə bilər
İranın hərbçiləri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Hizbullah liderinin müşaviri Fuad Şükrün öldürülməsinə cavab olaraq Təl-Əvivdə MOSSAD-ın hədəflərinə zərbələr endirmək qərarına gələ bilər.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Press TV öz qiymətləndirməsini yazıb.
"Bizim təhlil göstərir ki, Tel-Əvivdə ən çox ehtimal olunan hədəflər İsrail kəşfiyyat xidməti MOSSAD ilə əlaqəli mərkəzlərdir. Məhz o, Haniyyə və Şükrün qətlində əsas rol oynayıb".
Qiymətləndirmədə vurğulanır ki, “Təl-Əviv həm də İranın hədəfinə çevrilə biləcək çoxsaylı hərbi obyektlərə ev sahibliyi edir”.
Eyni zamanda, Press TV qeyd edir ki, nə zərbələrin planlaşdırılan vaxtı, nə də onların dəqiq necə çatdırılacağı barədə məlumatı var.
"Cebheinfo.az"