İran səfiri: “Cəza vaxtında olacaq”

İran səfiri: “Cəza vaxtında olacaq”

“Biz İsraili cəzalandıracağıq, cəza vaxtında və hesablanmış olacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani avqustun 9-da jurnalistlərlə söhbətində belə deyib.

“Biz həmişə düşmənlərimizi cəzalandırmışıq, lakin ağlabatan və vaxtında. Bu dəfə cəzalandıracağıq. Cəza da vaxtında və hesablanmış olacaq”, - İranın Ermənistandakı səfiri qeyd edib.

Xatırladaq ki, HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran-İsrail eskalasiyasının yeni mərhələsi başlayıb.

İran İsraili qətldə ittiham edir və qisas alacağını vəd edir. İndi dünya İranın İsrailə nə cavab verəcəyini gözləyir.

Xəzər
“Cebheinfo.az”