İran yaralıları ölkəyə aparır

İran yaralıları ölkəyə aparır

İranın Qızıl Aypara Cəmiyyəti rabitə avadanlığının kütləvi partlaması nəticəsində yaralanan 95 nəfərin müalicə üçün Livandan İrana aparılmasını təşkil edir. 

“Cebheinfo.az” bu barədə humanitar təşkilatın bəyanatına istinadən xəbər verir.

Zərərçəkənlər İranın müxtəlif tibb müəssisələrində yerləşdiriləcəklər. İran Qızıl Aypara Cəmiyyətinin “X”-də verdiyi açıqlamada "Xəsarətlərin əksəriyyəti əllər və gözlərdə olub" deyilir.

Xəzər
“Cebheinfo.az”