İran yazıçıların həbsinə görə dünyada birinci yerdədir

İran yazıçıların həbsinə görə dünyada birinci yerdədir

İran 2023-cü il “Yazı Azadlığı İndeksi”nə əsasən, Çindən sonra dünyada yazıçıların ən böyük həbsxanası olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Amerika Qələm Assosiasiyasının hesabatında deyilib.

Bildirilib ki, eyni ildə İslam Respublikası dünya üzrə ən çox qadın yazıçını həbs edən ölkə kimi birinci yeri tutub.

"2023-cü ildə İranın adı yenə də qadın yazıçıları həbs edən ölkələrin başında gəlib. İslam Respublikası 15 qadını yazıçını həbs edib, onların əksəriyyəti qadınlara qarşı məcburi hicaba və digər ayrı-seçkilik qanunları barədə yazdıqlarına və ona qarşı çıxdıqlarına görə hələ də həbsdədirlər", - hesabatda qeyd olunub.

Amerika Qələm Assosiyasiyası İran hökumətinin rəsmilərindən haqsız yerə həbsə atılan yazıçıların azadlığa buraxılmasını, sənətçilərə qarşı təqiblərə son verilməsini 
istəyib. 

Yunis Abdullayev
"Cebhe.info"