İranda dəhşətli edam statistikası:Bu il daha çox adam öldürüblər 

İranda dəhşətli edam statistikası:Bu il daha çox adam öldürüblər 

İran İnsan Haqları Təşkilatı bu il bu ölkədə edam edilən məhbusların sayının 500-dən çox olduğunu açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, təşkilatın açıqladığı hesabatda bunun son beş ildə ən yüksək edam göstəricisi olduğu deyilir.

Təşkilat həmçinin bildirib ki, Hüseyn Orduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Becəndi ötən günlərdə Kərəc şəhərinin "Rəcaişəhr" həbsxanasında “İsraillə əməkdaşlıq” ittihamı ilə edam ediliblər.

Aylin
Cebhe.info