İranda hicabsız konsert verən müğənniyə cinayət işi açıldı - VİDEO

İranda hicabsız konsert verən müğənniyə cinayət işi açıldı - VİDEO

İranda Pərəstu Əhmədi adlı gənc müğənninin karvansaraların birində hicabsız konsert verməsi sosial şəbəkələrdə paylaşılıb. 

Bundan sonra xanım və konsertin təşkilatçılarına İranın Ədliyyə-Məhkəmə Sistemində cinayət işi açılıb. 

"Cebheinfo.az" bu barədə "Radio Fərda"-ya istinadən xəbər verir.

Pərəstu Əhmədinin konserti isə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edib və bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığını yazıblar. 

https://t.me/AzadIranTelegram/45510

"Cebheinfo.az"