İranda repressiyalar artıb

SEPAH günahsız gəncləri həbsə ataraq işgəncə altında onlardan məcburi etiraf alıb.
“Cebhe.info” xarici ölkələrin milli insan hüquqları mənbələrinə istinadən xəbər verir ki, SEPAH-ın Kəşfiyyat İdarəsi Məhəmməd Mehdi Hüseyni, Mehdi İmani, Milad Armun və Navid Nəccarana təziq göstərərək, “Ekbatan şəhərciyi” adlanan işdə işgəncə altında onlardan məcburi etiraf almağa çalışıb.
Məlumata görə, mayın 1-də Qızılhisar zindanından naməlum yerə köçürülən sözügedən dörd gənc törətmədikləri əməlləri etiraf etmələri üçün SEPAH-ın təzyiqi altındadır.
Vəkil Peyam Derəfşan daha öncə dörd nəfərin "müharibə" (dövlətə qarşı üsyan) ittihamı ilə üzləşdiyini bildirmişdi.
Qeyd edək ki, dörd məhbusdan biri, 25 yaşlı Milad Armun Azərbaycantürküdür və əslən Xiyavın (Meşkinşəhr) Qoşa kəndindəndir. O, 2022-ci ildən həbsdə saxlanılır, o cümlədən fiziki və psixoloji işgəncələrlə üzləşir.
Yunis Abdullayev
“Cebhe.info”