İranda “Satanist” əməliyyatı: 261 nəfər saxlanılıb

İranda “Satanist” əməliyyatı: 261 nəfər saxlanılıb

İranda 250-dən çox satanist həbs edilib.

"Cebhe.info" "İRNA" xəbər agentliyinə istinadən xəbər verir ki, mayın 17-də İranda hüquq-mühafizə orqanlarının əməkdaşları ehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərini həbs edib.

Məlumata görə, sözügedən qəsəbədə 146-sı kişi, 115-i qadın olmaqla 261 şeytan pərəst təriqət üzvü saxlanılıb. 

Qeyd olunub ki, həbs olunduqları zaman onları soyundurublar, üzlərində, başlarında və geyimlərində satanizm işarələri olub.

Şeytani simvollar, spirtli içkilər və psixoaktiv maddələr, eləcə də 73 avtomobil ələ keçirilib.

Yunis Abdullayev
"Cebhe.info"