İrandan Qərbə mesaj: Danışıqlar aparmağa hazırıq
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Qərblə fikir ayrılıqlarını həll etmək üçün konstruktiv danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
O, bu barədə IRIB-ə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, danışıqlar təzyiq və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır.
Əraqçi Qərbin İrana yeni sanksiyalarını pisləyib.
Qərb hökumətlərinə sanksiyaların mənasız olduğunu xatırladan xarici işlər naziri deyib ki, onlar İrana sanksiyalar vasitəsilə öz iradələrini tətbiq edə bilməzlər.
İ"ran hər zaman dialoqun tərəfdarı olub və qarşılıqlı anlaşmaya nail olmaq və fikir ayrılıqlarını həll etmək üçün konstruktiv danışıqlardan heç vaxt imtina etməyib, - Əraqçi deyib
O, İranın təhdid və təzyiqlərdən daha çox qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduğunu qeyd edib.
"Cebheinfo.az"