İranın həbsdən azad etdiyi amerikalılar KİMLƏRDİR...

Xəbər verdiyimiz kimi, İran və ABŞ məhbus mübadiləsi baş tutub. Tərəflər mübadilə çərçivəsində 5 məhbusu azad edib.
Modern.az azad edilən məhbusların kim olduğunu araşdırıb.
İranda həbsdə olan aşağıdakı ABŞ vətəndaşları sazişə əsasən azadlığa buraxılacaqlar:
Siamak Namazi
ABŞ-İran ikili vətəndaşlığı olan iş adamı, 51 yaşlı Siamak Namazi 2015-ci ildə Tehranda ailəsini ziyarət edərkən İnqilab Keşikçiləri (SEPAH) tərəfindən saxlanılıb. Aylar sonra onun atası Baquer də həbsdə olan oğlunu görmək üçün İrana qayıtdıqdan sonra saxlanılıb. Onların hər ikisi 2016-cı ildə casusluqda və ABŞ hökuməti ilə əməkdaşlıqda ittiham olunaraq 10 il həbs cəzasına məhkum ediliblər.
İranın keçmiş əyalət qubernatoru və ikili vətəndaşlığı olan keçmiş UNICEF rəsmisi Baquer Namazi 2018-ci ildə tibbi səbəblərə görə ev dustağına buraxılıb və 2022-ci ildə İranı tərk edib.
Emad Şərqi
Şərqi 2017-ci ildə həyat yoldaşı ilə ABŞ-dan İrana köçüb. 59 yaşlı ikili vətəndaşlığı olan iş adamı ilk dəfə 2018-ci ildə "Saravan Holdinq" texnoloji investisiya şirkətində işləyərkən həbs edilib. O, səkkiz aydan sonra zaminə buraxılıb və lakin onun səyahət qadağası qüvvədə qalıb. 2020-ci ildə o, casusluq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. İran mediası onun 2021-ci ilin yanvarında ölkədən qaçmağa cəhd edərkən həbs edildiyini bildirib.
Murad Təhbaz
İran əsilli amerikalı 67 yaşlı ekoloq olan Təhbaz həm də Britaniya vətəndaşıdır. O, 2018-ci ildə saxlanılıb, 2019-cu ildə “İranın milli təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə” və casusluq məqsədilə ABŞ-ın düşmən hökuməti ilə təmasda olmaq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.
Dördüncü və beşinci məhbusların kimliyi məlum deyil. İranda nə qədər ABŞ vətəndaşının saxlandığı bəlli deyil, çünki ailələri və ABŞ hökuməti onların azadlığa buraxılmalarını təmin etmək ümidi ilə onların adlarını ictimaiyyətə açıqlamaq istəmir.
İran rəsmilərinin bildirdiyinə görə, ABŞ-da saxlanılan beş iranlı Mehrdad Moin-Ansari, Kambiz Attar-Kashani, Reza Sarhangpour-Kafrani, Amin Hassanzade və Kaveh Afrasiabidir.
İranın Xarici İşlər Nazirliyi bildirib ki, razılaşma əsasında azad edilən iki iranlı ABŞ-da qalacaq və iranlılardan biri ailəsinə qoşulmaq üçün üçüncü ölkəyə uçacaq. Digər iki nəfər İrana qayıdacaq.
Cebhe.info