İranın XİN başçısı fransalı həmkarı ilə telefonla danışıb

İranın XİN başçısı fransalı həmkarı ilə telefonla danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Fransanın xarici işlər naziri xanım Ketrin Kolonna arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında nazirlər ikitərəfli münasibətlərin son vəziyyəti və maraq doğuran bəzi mühüm məsələləri müzakirə ediblər.

O bəzi Fransa rəsmilərinin müdaxilə xarakterli bəyanatlarını tənqid edərək bildirib ki, rəsmi Tehran həmişə danışıqlar və diplomatiya yoluna üstünlük verir, lakin gördüyünüz kimi, qarşıdurma yanaşmasında bizim hərəkətimiz də dərhal, təsirli və qarşılıqlı xarakter daşıyır.

İran XİN başçısı Fransa nəşrinin dini müqəddəslərə hücumu ilə bağlı yersiz və aşağılayıcı hərəkətin, eləcə də Avropa ölkəsində müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsini pisləyib.

H.Əmirabdullahiyan iki ölkə arasında əməkdaşlığın dialoq və qarşılıqlı fəaliyyətə yönəltməyin vacibliyini vurğulayıb.

Fransanın xarici işlər naziri bu telefon danışığında Tehran və Paris əlaqələrinin vacibliyinə toxunaraq bildirib ki, Fransa İranın işlərinə qarışmayıb.

İki ölkə arasında əlaqələrin qorunub saxlanmasının vacibliyini vurğulayan xanım K. Kolonna bu əlaqələrin dialoq yolu ilə gücləndirilməsinə təkid edib.

Cebhe.info