İranlı deputat prezidenti dəstəklədi: Paytaxt Tehrandan köçürülə bilər

İranlı deputat prezidenti dəstəklədi: Paytaxt Tehrandan köçürülə bilər

İranın paytaxtının Tehrandan köçürülməsi böyük əmək və külli miqdarda vəsait tələb etsə də, bu proses mümkündür.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin Daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi deyib.

“Paytaxtın köçürülməsi prosesi kifayət qədər əmək tutumludur, mürəkkəbdir və böyük vəsait tələb edir, lakin köçürülmə üçün ərazinin hazırlanması aparılarsa, bu, mümkün olar”, – Musəvi ILNA agentliyinə müsahibəsində fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bəzi nazirliklərin ixtisaslaşmış şirkətlərin və istehsalın cəmləşdiyi yerə köçürülməsi məntiqli olardı, məsələn polad sənayesi obyektləri dənizə yaxın yerləşə bilər, çünki onlar böyük miqdarda su tələb edir.

Sentyabrın 7-də İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısının qeyd etdiyi kimi, Tehran hazırda başqa yolla həlli mümkün olmayan problemlərlə üzləşib.

"Cebheinfo.az"