İraq Türkiyə ilə sərhədi gücləndirir

İraq Türkiyə ilə sərhədi gücləndirir

İraq Türkiyə ilə sərhəd təhlükəsizliyini artırmaq üçün 22 yeni sərhəd postu açıb. 

"Cebheinfo.az" xəbər verir ki, İraq Sərhəd Mühafizəsinin komandanı, general-leytenant Məhəmməd Əbdülvahab Sıkır məntəqələrin müasir avadanlıqlarla təmin edilməsi və inzibati xidmətlərin təkmilləşdirilməsi barədə göstəriş verib. 

O, İraq-Türkiyə sərhədinə nəzarət edən Birinci Sərhəd Briqadasını ziyarət edib. Sıkır səfəri çərçivəsində İraq-Türkiyə sərhədində 22 yeni sərhəd postun da açılışını edib. Sıkır əsgərlərin təhlükəsizliyi üçün müasir avadanlıq və daha yaxşı inzibati xidmətlərin təmin edilməsi barədə göstəriş verib. Sıkırı Birinci Region Sərhəd Komandanı general-mayor Dalir Ferzanda Əl Zibari müşayiət edib. 

Sərhədin sıfır nöqtəsində açılan yeni polis məntəqələrinin çətin bölgələrdə tikildiyi və belə bir fəaliyyətin sözügedən bölgədə ilk dəfə həyata keçirildiyi bildirilib. 

Bundan əlavə, Birinci Regional Sərhəd Briqadasında keçirilən görüşdə sərhəd təhlükəsizliyinin təmin edilməsi, qaçaqmalçılıq və sızma cəhdlərinə qarşı mübarizə məsələləri müzakirə olunub. İraq Sərhəd Mühafizələri aprel ayında Türkiyə sərhədindəki Zaxo rayonunda 30 ildən sonra ilk dəfə iki hərbi baza qurduqlarını açıqlamışdı. 

Qeyd edək ki, İraqın Türkiyə ilə 362 kilometr sərhədi var. 

Nigar Hacılı 
"Cebheinfo.az"