İrəvanda müxalifətlə iqtidar əlbəyaxa oldu:“Qoyunsunuz”

İrəvanda müxalifətlə iqtidar əlbəyaxa oldu:“Qoyunsunuz”

İrəvan Ağsaqqallar Şurasının oktyabrın 15-də keçirilən iclasında vəziyyət gərginləşib.

Belə ki, Milli Tərəqqi Partiyası fraksiyasının üzvü Pedro Zarokyanın emosional çıxışından sonra üzvlər əlbəyaxa olublar. 

“Cebheinfo.az” xəbər verir ki, Pedro Zarokyanın “Mülki Müqavilə” fraksiyasının üzvlərinin hücumuna məruz qalıb.

Zarokyan deyib:

“Korrupsiya demokratiyanı, ədaləti məhv edir və ən həssas təbəqəyə - uşaqlara təsir edir. Artıq bir ildir ki, bələdiyyədə quldurluq izlərini müəyyən edirik. Bu yaxınlarda “Hetk” cənab Avinyanın (paytaxt meri - red.) rəhbərlik etdiyi ANİF-də 8 işçinin işə götürüldüyü, o cümlədən 3-ü qız olmaqla, əsasən hüquq-mühafizə orqanları əməkdaşlarının qohumları, maaşları ilə bağlı sistemli korrupsiya barədə məlumat vermişdi. 

540.000 dram xərclənib və bütün bunlar bizim pulumuzla edilib. Ən maraqlısı odur ki, ANİF-in ofisi artıq 24 saat mühafizə olunan binada yerləşir. Cənab Avinyan, işinizi elə təşkil edin ki, biz, məsələn, sürücüləriniz, qapı açanlarınız, çətir daşıyanlarınızdan danışmayaq. Siz bu yaxınlarda 86 min dollara “Mercedes” almısınız. 

Beverli Hillsdə, Los-Ancelesdə və digər zəngin şəhərlərdə bələdiyyə başçılarının, ümumiyyətlə, maşını, sürücüsü olmadığını bilirdinizmi? Demokratik ölkələrdə belə adama qarşı cinayət işi çoxdan açılardı. Demokratik ölkələrdə hakim partiya cinayət işinin açılmasını belə gözləməzdi, dərhal bu məmuru uzaqlaşdırardı. Amma bizdə belə təəssürat yaranır ki, siz oğurladığınız pulları öz aranızda bölürsünüz”. 

Ağsaqqallar Şurasının üzvü çıxışı zamanı İrəvan məktəblərinin çuxurlu idman zallarının fotoşəkillərini də nümayiş etdirib.

Bundan sonra İrəvan meri Tiqran Avinyan ona danışmağa imkan verməmək üçün mikrofonunu söndürüb.

“Cənab Zarokyan, həddinizi bilin. Artıq danışa bilməyəcəksiniz, vaxtınız bitdi. Boş sözlərə cavab verməyə ehtiyac yoxdur. 

Uşaqların təhlükəsizliyinə görə biz sizin kimi insanların məktəblərə getməsinə icazə verə bilmərik”, - Avinyan qeyd edib.

Bundan sonra Zarokyan ayağa qalxaraq qışqırmağa davam edib. Buna cavab olaraq hakim fraksiyanın bir neçə üzvü də ayağa qalxaraq ona ücum etməyə cəhd göstərib. Digərləri onları ayırıblar. 

Zarokyan onlara xitabən “Mal, qoyun” deyə qışqıraraq zalı tərk edib.

Avinyan zaldan müxalifətçi Ağsaqqallar Şurasının üzvünə cavab verməməyi xahiş edib:

“İrəvan sakinləri qərara gəldilər ki, cənab Zarokyan kimi adamlar Ağsaqqallar Şurasında olmalıdır, ona görə də biz hər şeyə dözmək məcburiyyətindəyik. Bununla belə, bəzi şərhlərə cavab verəcəyəm. Zarokyan çətir daşıyanları, təhlükəsizlik işçilərini və başqa şeyləri qeyd edib. Hər kəsə xüsusi olaraq bildirmək istəyirəm ki, mənim nə mühafizəçim, nə də çətirim var. Ümumiyyətlə, mən çox vaxt İrəvanda təkbaşına, dostlarımla gəzirəm və əsasən tək maşın sürürəm”.

Xəzər
“Cebheinfo.az”