İrəvanda tuthatut başlayıb: Polis küçələrdə fəalları saxlayır

İrəvanda tuthatut başlayıb: Polis küçələrdə fəalları saxlayır

Bu gün səhər tezdən Ermənistan polisinin xüsusi təyinatlıları İrəvanın mərkəzində yolları bağlayan müxalifət nümayişçilərini saxlamağa başlayıb.

Cebhe.info bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Polis səsucaldanlar vasitəsilə etirazçılara xəbərdarlıq edib ki, İrəvanın mərkəzində Tumanyan-Sarian kəsişməsini bağlamaq qanunsuzdur, nəticədə təxminən on nəfər həbs edilib. İrəvanın müxtəlif yerlərində etirazlar hələ də davam edir.

Xatırladaq ki, bir neçə gündür Ermənistan paytaxtının sakinləri küçələrə çıxaraq Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirir, yaranmış vəziyyətə görə ölkə administrasiyasını və Baş Nazir Nikol Paşinyanı günahlandırırlar.

Nigar Hacılı
Cebhe.info