İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı Dəşt-i Bərçi məhəlləsində törədilən bombalı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
"Cebheinfo.az" xəbər verir ki, İŞİD terror təşkilatı sosial media hesabından paylaşım edərək hücumun məsuliyyətini öz üzərinə götürdüklərini açıqlayıb.
Kabildə əsasən şiə həzaraların yaşadığı Daşt-i Berçi məhəlləsində avtomobilə yerləşdirilən bomba partladılıb.
Partlayış nəticəsində 1 nəfərin öldüyü, 11 nəfərin yaralandığı açıqlanıb.
Qeyd edək ki, Deşt-i Berçi rayonu tez-tez partlayışların hədəfinə çevrilir. Bu hücumların əksəriyyətini İŞİD öz üzərinə götürür.
Nigar Hacılı
"Cebheinfo.az"