İspanlar Fransa sərhədində yolu bağladılar

İspaniyada 3 həftədir etiraz aksiyası keçirən fermerlər ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində Fransa sərhədində nəqliyyat axınına yolu bağlayıb.
"Cebhe.info" xəbər verir ki, Kataloniya bölgəsində İspaniya və Fransanı quru yolu ilə birləşdirən AP-7 avtomobil yolunda traktorları ilə yolu bağlayan fermerlər Girona, Figueres və Tarragona kimi bəzi dairəvi yollarda da nəqliyyatın hərəkətini yavaşlatıb.
Fermerlər Mərakeşdən gəldiyi deyilən meyvə və tərəvəzlərin olduğu bəzi yük maşınlarının içini boşaldaraq məhsullara zərər veriblər.
Fermerlər birliklərinin bağlı olduğu “Union de Uniones” adlı təşkilat verdiyi açıqlamada İspaniya hökuməti və Avropa İttifaqını indiyə qədər tələblərinə qarşı konkret addım atmadıqları səbəbiylə tənqid edib.
Aİ-nin üçüncü ölkələrin məhsullarını onlara tətbiq edilən nəzarətdən azad edərək istehsal və ticarət baxımından dəstəklədiyini iddia edən fermer birlikləri təşkilatı "haqsız rəqabətə son" çağırışı etdi.
Fevralın 21-26-da paytaxt Madriddə böyük nümayişlər keçirən fermerlər yeni nümayiş üçün tarix təyin etməyə çalışdıqlarını və aksiyalarını artıracaqlarını bildiriblər.
Nigar Hacılı
"Cebhe.info"