İsrail “Hizbullah”a qarşı müharibəyə başlayır

İsrail Müdafiə Qüvvələri Livana qarşı müharibə olacağı təqdirdə ordunun fəaliyyət planını təsdiqləyib.
“Cebhe.info”-nun məlumatına görə, əməliyyat planını İsrail Müdafiə Qüvvələrinin Şimal Hərbi Dairəsinin komandanı general Ori Qordin və Baş Qərargahın əməliyyat idarəsinin rəisi Oded Basyuk tərəfindən təsdiqləndiyi xəbər verilir.
Həmçinin, qoşunların döyüş effektivliyinin artırılmasının davam etdirilməsi qərara alınıb.
"The Times of İsrael" qəzeti yazır ki, bu bəyanatlar “Hizbullah” və müttəfiq Fələstin qruplarının İsrailin şimalında Livanda təkrar hücumları fonunda verilir.
İsrailin xarici işlər naziri İsrael Katzın sözlərinə görə, “Hizbullah” qruplaşmasının rəhbəri Həsən Nəsrullah Hayfa limanına zərbə endirməklə hədələyir.
““Hizbullah” və Livanla bağlı qaydaların dəyişdirilməsi ilə bağlı qərar verməyə çox yaxınıq. Müharibə zamanı “Hizbullah” məhv ediləcək, Livan çox əziyyət çəkəcək və biz xalqımızın təhlükəsizliyini bərpa edəcəyik”-Kats “X” sosial şəbəkəsində belə yazıb.
Qeyd edək ki, “Hizbullah” Qəzza zolağında atəşkəs əldə olunmayana qədər hücumları dayandırmayacağını bildirib.
ABŞ səfiri Amos Hoxşteyn Vaşinqtonun İsrail və “Hizbullah” hərəkatı arasındakı genişmiqyaslı müharibənin qarşısını almağa çalışdığını deyib.
Müşfiq Abdulla
“Cebhe.info”