İsrail Lazzariniyə viza vermədi

İsrail Lazzariniyə viza vermədi

İsrail Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (“UNRWA”) baş komissarı Filip Lazzarininin viza müraciətini qəbul etməyib.

"Cebhe.info" xəbər verir ki, bu barədə İsrail daxili işlər naziri Moşe Arbel deyib.

Lazzarini 18 martda Misir üzərindən hücuma məruz qalan Qəzzanın cənubundakı Rəfaha getməyi planlaşdırdığını, lakin İsrailin onun bölgəyə girməsinə icazə vermədiyini bildirib.

Nigar Hacılı 
"Cebhe.info"