İsrail “Mir”dən istifadə etməyəcək

İsrail “Mir”dən istifadə etməyəcək

İsrail Rusiyanın “Mir” ödəniş kartlarından istifadə etməyəcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Halperin bildirib.

Halperin ""Mir" kartına gəlincə, İsrail beynəlxalq SWIFT sistemi ilə işləyir, ona görə də hazırda belə bir planımız yoxdur",- deyib.

Qeyd edək ki, 2024-cü ilin aprelinə olan məlumata görə, "Mir" kartı doqquz ölkədə qəbul edilir, onlardan altısında məhdudiyyətlər var.  Yaxın gələcəkdə bütün Kuba təşkilatlarından Rusiya ödəniş sistemindən istifadə etmək tələb olunacaq.  "Mir"i qəbul etməyi planlaşdıran altı ölkə arasında Misir, Hindistan və İran da var. Ondan çox ölkə icraya dair fikir mübadiləsi aparmağa hazırdır.  Kart daha əvvəl Türkiyə və Özbəkistanda fəaliyyətini dayandırmışdı. Aprelin 3-də Qırğızıstan bankları da Rusiyanın “Mir” ödəniş kartlarının qəbulunu dayandırıb.  

Nigar Hacılı 
 "Cebhe.info"