İstanbulda İYİ Partiyanın qərargahına basqın edilib

İstanbulda İYİ Partiyanın qərargahına basqın edilib

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına silahlı hücum olub.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında Merterdə baş verən hücumda güllələr binanın pəncərəsinə dəyib.

Hadisəni törədənlər isə ərazidən qaçmağı bacarıb. Hazırda polislərin İstanbulun Merter rayonunda yerləşən qərargahı nəzarətə götürdüyü və araşdırmaların aparıldığı bildirilib.

Naibə
Cebhe.info