İstanbulda saxta diplom qalmaqalı

Serbiyada fəaliyyət göstərdiyi və 168 ölkədən 4 min tələbəyə distant təhsil verdiyi iddia edilən özəl universitetin əslində saxta olduğu ortaya çıxıb.
"Cebhe.info" xəbər verir ki, təhsil haqqının 2-4 min avro arasında olduğu aşkarlanan saxta universitetin rektorunun da orta məktəb məzunu olduğu iddia edilib.
Diplomların saxta olduğunu iddia edən zərərçəkənlər İstanbul Anadolu Ədliyyəsinə cinayət işi qaldırıblar.
Ədliyyəyə təqdim edilən cinayət şikayətində universitetin rektoru kimi çıxış edən A. İ. dövlət qurumlarını və universitetləri yamsılayan internet saytları yaratmaqda, qeydiyyatdan keçən şəxslərə saxta diplom verməkdə ittiham olunub.
YP Universitetinə qarşı başladılan istintaqla bir çox qalmaqalların üstü açılıb. Albaniya, Serbiya və Monteneqroda fəaliyyət göstərdiyi iddia edilən universitetin rektoru kimi prof. Dr. A.İ-nin heç bir akademik qeydinin olmadığı və orta məktəb məzunu olduğu iddia edilib.
Ləman İsmayıl
"Cebhe.info"