“İstədiyiniz məbləği kağıza yazın” - Ermənilər belə çıxarılır

“Ermənistan hakimiyyəti Kirants (Günən) kəndinin sakinlərinə anlaşılmaz məbləğdə pul təklif edib”.
“Cebhe.info”-nun məlumatına görə, “Ermənistan” blokundan olan deputat “Vətan naminə Tavuş” hərəkatının fəalı Qarnik Danielyan belə deyib.
Onun sözlərinə görə, Kirants sakinlərinə alternativin olmadığını, proseslərin öz məntiqi nəticəsinə çatacağını deyərək, növbəti güzəştlərin vaxtı gələnə qədər pulu götürüb dinc yaşamağı tövsiyə edirlər.
Hakimiyyət rəsmiləri deyib: “İstədiyiniz məbləği kağıza yazın. Fərqli qurumlarda müxtəlif adamları işləməyə çağırıblar”, - deyə deputat bildirib.
Danielyanın sözlərinə görə, insanlar sözün əsl mənasında girov götürülür və şərtlər diqtə olunur.
“Mən Kirantsada delimitasiya prosesindən razı qalacaq bir nəfər də görmədim”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Kirants sakinlərinə evlərini tərk etmələri üçün iyun ayının 24-nə qədər vaxt verilib. Bundan sonra həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək.
Müşfiq Abdulla
“Cebhe.info”